ABŞ-da baş vermiş atışmada bir polis əməkdaşı öldürülüb, daha biri yaralanıb


Dünya 10 Dek 2019 23:27:19 135 0

ABŞ-da baş vermiş atışmada bir polis əməkdaşı öldürülüb, daha biri yaralanıb

​ABŞ-da baş vermiş atışmada polis əməkdaşı öldürülüb, digəri yaralanıb

ABŞ-da atışma olub.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Cersi-siti şəhərində baş verib. Belə ki, qəbristanlıqda iki naməlum şəxs polis əməkdaşlarına atəş açıb. Nəticədə 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar. Onlardan biri mağazada barrikada quraraq atəşi davam etdirib.

Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib.