Subaru Forester modelini suyadavamlı oturacaqlarla təchiz edib FOTO


Digərləri 10 Dek 2019 23:30:00 143 0

Subaru Forester modelini suyadavamlı oturacaqlarla təchiz edib  FOTO

Subaru şirkəti yolsuzluq üçün hazırladığı Forester modelini təqdim edib. Avtomobil texniki cəhətdən dəyişiklikyə məruz qalmasa da, yapon istehsalçısı "Meşəbəyini" suyadavamlı oturacaqlarla təchiz etmək qərarına gəlib.

Subaru Forester X-Edition modifikasiyası 185 at qüvvəli 2,5-litrlik mühərrik, variator və tam ötürmə ilə təchiz edilir. Zahiri cəhətdən yeni modifikasiyanı radiator barmaqlığının və  duman əleyhinə fənərlərin tündləşdirilmiş haşiyəsi, həmçinin qara rəngli 18-düymlük təkər diskləri sayəsində tanımaq olar.

Son.az autograph.az-a istinadən bildirir ki, avtomobilin salonunda da yenilik vardır. Yapon istehsalçısı "Meşəbəyinin" oturacaqlarını çirk və nəmdən qorxmayan  xüsusi suqovucu material ilə üzləyib. Döşəməyə qoyulmuş rezin ayaqaltıları isə birbaşa su şırnağı ilə yümək mümkündür. Bundan başqa, baqaj bölümünün qapağına quraşdırılmış LED fənərin köməkliyi ilə həm baqaj bölümünü, həm də avtomobili əhatə edən məkanı işıqlandırmaq olar.