Eynəksiz 3D görüntü verən holoqrafik masa


Digərləri 10 Dek 2019 23:10:00 236 0

Eynəksiz 3D görüntü verən holoqrafik masa

Voxon Photonics, heç bir artırılmış həqiqət və ya video həqiqət setinə ehtiyac duymadan 3D görüntü göstərən bir cihaz yaratdı. Voxon şirkətinin hazırladığı 3D görüntü göstərən masa VX1, 10.000 dollara satılır.

Son.az deyerler.org-a istinadən bildirir ki, 1977-ci ildə "Ulduz Müharibələri: Yeni ümid" filmində olan holoqram səhnəsini hamımız xatırlayırıq. Ulduz Müharibələri filmindən başqa bir çox film, serial, kitabda da holoqramla qarşılaşdıq və qarşılaşmağa davam edirik. Elmi-fantastikanın bir parçası olan holoqram, Voxon şirkətinin VX1 modeli ilə gerçəkləşir.

Voxon Photonics şirkətinin hazırladığı VX1 adlı masa, hər hansı bir eynək ya da setə ehtiyac duymadan 3D göstərir. VX1 modelinin üzərində olan şüşə qübbənin içindəki 18x18x8sm-lik sahədə holoqrafik şəkil, video və oyunlar görülə bilir.

Voxon şirkətinin baş icraçı direktoru Qevin Smit VX1 modelinin iş prinsipini, 3D printer ilə havada hər hansı bir şey basmağa bənzədir. VX1, 3D forma üçün üfüqi dilimlər meydana gətirir. Daha sonra bu harmonik dilimlər, birr sıra harmonik rezonans sayəsində saniyədə 15 dövrlə proyeksiya şüşəsinə əks etdirilir.