"İkinci beyin"i necə işlədək?


Digərləri 10 Dek 2019 23:02:00 148 0

"İkinci beyin"i necə işlədək?

Bağırsaqların "ikinci beyin" adlandırılması səbəbsiz deyil, bu orqanın mikroflorası vücudumuzun fəaliyyətinə - həzmdən zehni vəziyyətə qədər bir çox prosesə təsir edir. "Mikrobioma onda yaşayan trilyonlarla mikrobdan ibarətdir: bakteriya, mikroskopik göbələklər, digər mikroorqanizmlər və s".

Son.az publika.az-a istinadən xəbər verir ki, "Be Good To Your Gut" sağlamlıq kitabının müəllifi və qidalanma mütəxəssisi İv Kalinikin sözlərinə görə, vərdişlərimiz və həyat tərzimiz çoxlarının düşündüyündən fərqli olaraq dərhal bağırsaqlara təsir göstərir.

Niderlandlı elm adamlarının son araşdırmaları da göstərib ki, bir çoxumuzun mütəmadi olaraq qəbul etdiyi bu dərmanlar bağırsaqların vəziyyətinə düşündüyümüzdən daha çox təsir edir.

Alimlər həm sağlam, həm də həzm sisteminin müxtəlif növ iltihablarından əziyyət çəkən 1883 nəfərin sağlamlıq vəziyyətini öyrənib. Nəticədə bir çox məşhur dərmanların bağırsaqdakı bakteriya balansını dəyişdirə biləcəyi ortaya çıxıb. Dünyadakı milyonlarla insanın müntəzəm olaraq qəbul etdiyi dərmanlar - yalnız antibiotiklər deyil, həm də bəzi antidepressantlar, laksatiflər, həzmsizliyi müalicə edən dərmanlar, oral steroidlər və metformin (2-ci tip şəkərin və polikistik yumurtalıq sindromunun müalicəsində istifadə olunan maddə).

Bəs bu dərmanlar bağırsaq sağlamlığına necə təsir edir?

Bu dərmanların qəbul edilməsi nəticəsində meydana çıxa biləcək iki problem var: bağırsaq infeksiyası və piylənmə.

Antibiotiklərin bağırsaq mikrobiomasına mənfi təsiri uzun müddətdir ki, məlumdur: pis bakteriyaları öldürməklə yanaşı, yaxşı bakteriyaları da məhv edir.

Kalinik isə digər dərmanların da faydalı mikrobları məhv edə biləcəyini iddia edir:

"Bir çox insanın əks təsirləri haqqında düşünmədən istifadə etdiyi oral kontraseptivlər və steroid olmayan iltihab əleyhinə ipubrofen kimi dərmanlar da bakteriyaların tərkibini dəyişdirə və mikrobiomanı parçalaya bilər. Günümüzdə tez-tez həblərdən sui-istifadə edirik və onların bağırsaqlarımıza necə təsir etdiyi haqqında düşünmürük. Ancaq xoşbəxtlikdən bədənin sağlamlığını gücləndirə və mikroflorasını yaxşı vəziyyətdə saxlaya bilərik".

İv Kalinik bağırsaq sağlamlığının qorunmasının beş sirrini sosial şəbəkədə paylaşıb.

Probiotiklər qəbul edin