Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub


Digərləri 10 Dek 2019 23:09:00 134 0

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub

Yaponiyanın İdzu adası sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Bakı. Yaponiyanın İdzu adası sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tokiodan 580 kilometr cənubda, ocağı isə 54 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.