Demokratlar Trampın impiçment prosesinin növbəti addımlarını nəzərdən keçirir


Dünya 10 Dek 2019 21:41:00 125 0

Demokratlar Trampın impiçment prosesinin növbəti addımlarını nəzərdən keçirir

Çərşənbə axşamı demokrat konqresmenlər - Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Ədliyyə Komitəsinin rəhbəri Cerold Nadler, habelə Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff keçirdikləri mətbuat konfransında prezident Trampın impiçment prosesinin növbəti addımlarının müzakirə edildiyini bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, qanunvericilər ABŞ dövlət başçısını vəzifəsindən sui-istifadədə və Konqresin fəaliyyətinə müneə törətməkdə ittiham edib.

Cerold Nadler deyib ki, prezidentin əməlləri milli təhlükəsizliyə hədə yaratmaqla yanaşı, prezident seçkilərinin ədalətli keçirildiyini sual altına alıb.

Nadler əlavə edib ki, Trampdan fərqli olaraq, qanunvericilər ilk növbədə Konstitusiyaya riayət edilməsi məsələsinə diqqət yetirir.

Daha sonra danışan Adam Şiff deyib ki, Konstitusiyanı pozan ictimaiyyətin inamından da məhrum olur.

Onun sözlərinə görə, Trampın prezident kimi vəzifəsindən sui-istifadə etdiyinə dair əsaslı və çox saylı dəlillər əldə edilib. Qanunverici qeyd edib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə xaricdən hər bir müdaxiləyə mane olunmalıdır.