Yeni Zelandiya polisi vulkan püskürməsi ilə bağlı təhqiqatı davam etdirir


Dünya 10 Dek 2019 21:39:00 154 0

Yeni Zelandiya polisi vulkan püskürməsi ilə bağlı təhqiqatı davam etdirir

Yeni Zelandiya polisi Bəyaz adada püskürən vulkanla bağlı təhqiqatı davam etdirir. Hadisə 5 nəfərin ölümü ilə nəticələnib. 31 nəfər xəstəxanaya yerləşdirilib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Milli Əməliyyat Komissiyasın direktor müavini Con Timsin bildirdiyinə görə, ölüm və xəsarətlərə səbəb ola biləcək hər bir cinayət şahidlərin ifadəsi ilə müəyyən edilməkdədir.

Baş nazir Casinda Ardern parlament qarşısındakı çıxışı zamanı baş verənləri böyük faciə adlandırıb, polis və müdafiə qüvvələrinin axtarışları davam etdirdiyini, lakin sağ qalanlara dair heç bir işarə olmadığını deyib.

Baş nazir vulkanın püskürdüyü an adada 47 nəfərin olduğunu bildirib. Onlar arasında Avstraliya, Britaniya, ABŞ, Çin və Malayziya vətəndaşları olub.