Çexiya Sarkisyanın qardaşı oğlunu Yerevana ekstradisiya edəcək


Dünya 10 Dek 2019 20:54:00 120 0

Çexiya Sarkisyanın qardaşı oğlunu Yerevana ekstradisiya edəcək

Çexiya sabiq Prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun müşaviri Qor Abramyan məlumat yayıb.

Onun sözlərinə görə, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarkisyanın cinayət təqibi məqsədi ilə Ermənistan polisinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

"Bununla əlaqədar olaraq Ermənistan Baş Prokurorluğu polisə Narek Sarkisyanın ekstradisiyasını təşkil etməyi tapşırıb", - deyə Q. Abrahamyan söyləyib.