Misirdə 2 il əvvəl kilsəyə hücum edən terrorçu edam olundu


Dünya 10 Dek 2019 20:58:00 118 0

Misirdə 2 il əvvəl kilsəyə hücum edən terrorçu edam olundu

2017-ci ildə Qahirədə Kopt kilsəsinə silahlı hücum edən terrorçu İbrahim İsmayıl edam olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölüm cəzasına məhkum edilən İsmayıl asılıb.

Xatırladaq ki, terrorçunun kilsəyə hücumu nəticəsində 1-i polis əməkdaşı olmaqla 9 nəfər ölmüş, 4 nəfər yaralanmışdı. İbrahim yaxalanarkən onun üzərindən avtomat silah, 150 ədəd giliz, iki ədəd qumbara aşkarlanaraq götürülmüşdü.