"Müğənnilərdən ancaq məni izlə, o biriləri sil"


Şou-biznes 10 Dek 2019 20:14:00 147 0

"Müğənnilərdən ancaq məni izlə, o biriləri sil"

Əməkdar artist Vasif Məhərrəmli duet ortağı, müğənni Xatirə İslama qadağa qoyub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin vasifi İnstaqramda izləməməsi onun xətrinə dəyib. Bu haqda "Ən yaxşısı" verilişində danışan Xatirə bildirib ki, Məhərrəmli ona həmkarlarını izləməyi qadağan edib:

"Vasif İnstaqramı yeni açmışdı, onu izləmirdim. Məndən küsmüşdü. Sonra qayıtdı ki, İnstaqramda müğənnilərdən ancaq məni izlə, o biriləri sil".