Armen Qasparyan: "Paşinyan unudur ki, inqilab hər zaman..."


Dünya 10 Dek 2019 19:57:00 129 0

Armen Qasparyan: "Paşinyan unudur ki, inqilab hər zaman..."

Ermənistanda baş verən hadisələr ekspert çevrələrinin getdikcə daha çox diqqətini çəkməkdədir. Və təsadüfi deyil ki, "Vesti FM" radiostansiyası (Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinə daxildir) özünün populyar olan "Bıvşiye"("Sabiqlər") verilişinin mövzusunu Ermənistana həsr edib. Veriliş "Armeniya: 37 qod v miniature" (Ermənistan: miniatürdə - 37-ci il") adlandırılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı jurnalist, radio aparıcı, yazıçı və ictimai xadim Armen Qasparyan media.az-a verdiyi müsahibədə bildirib ki, "Vesti FM"də yayımlanan "Bıvşiye" ("Sabiqlər") verilişində o, və həmkarı Aleksey Martınov hadisələrin belə məcrada inkişaf edəcəyini proqnozlaşdıran ilk şəxslərdən olublar.

"Niyə biz belə bir proqnoz verdik? Öncə hakimiyyət (Ermənistan hakimiyyəti - red.) deyirdi ki, korrupsiya sxemlərini araşdıracaqlar. Lakin bu, olduqca özünəməxsus şəkildə təqdim edildi. Və biz proqnozlaşdırırdıq ki, hər şey siyasi xarakter daşıyacaq.

Sirr deyil ki, Nikol Paşinyan həbsdə olub və baş verənlərə görə qisas almaq hissi ilə yaşayır. Digər tərəfdən, biz ən pessimist proqnozlarımızda belə bütün bunların nəyə çevrilə biləcəyini təsəvvür edə bilməzdik", - Armen Qasparyan deyib.

"Xəbər səhifəmə daxil olub görürəm - kimlərinsə ittihamları irəli sürülüb, kimlərinsə fəaliyyəti şübhə altına alınıb. Fasiləsiz proses baş verir, lakin mən ən əsasını görmürəm: Bəs Ermənistanda korrupsiyaya qarşı mübarizə necə aparılır? Korrupsiyanın aradan qaldırılması haqda çox söhbətlər olub.

Lakin bu sonu görünməyən şübhələr, həbs, məhkəmə işlərində əsas komponent (antikorrupsiya-red.) ortadan itdi. Mənim qorxum var ki, anlayışların dəyişməsi baş verir. Və budur, hamı həbsləri, iddiaları müzakirə edir, amma həqiqi sualları heç kim verməyəcək: Buna əhəmiyyət verilməyəcək, maraqlananlara isə göstərmək olar: Baxın, biz necə mübarizə aparırıq, "geniş miqyaslı təmizləmə prosedurları aparılır".

Lakin bütün bunlar ötən əsrin  30-cu illərinin siyasi repressiyalarını xatırladır".