“Səfirlər Proqramı”nın təqdimat mərasimi keçirilib


Digərləri 10 Dek 2019 19:19:16 88 0

“Səfirlər Proqramı”nın təqdimat mərasimi keçirilib

Bu gün ​Azərbaycan Konqreslər Bürosunun “Səfirlər Proqramı”nın təqdimat mərasimi keçirilib

Bu günAzərbaycan Konqreslər Bürosunun “Səfirlər Proqramı”nın təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Mərasimdə bildirilib ki, proqramın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil edəcək xarici assosiasiyaların üzvləri olan professorları, elmi tədqiqatçıları bir araya gətirməkdir.

Çıxışlarda "səfirlər”in ölkənin turizm potensialını üzv olduqları beynəlxalq təşkilatlarda səmərəli təbliğ etməklə irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsində mühüm rol oynacaqları qeyd edilib. Hazırda "Səfirlər proqramı”na daxil olan mütəxəssislərin sayının 10 nəfər olduğu, lakin qarşıdakı illərdə bu rəqəmin 50 nəfərə çatdırılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Tədbirdə bu il Azərbaycanda işgüzar tədbirlərim keçirilməsində iştirak edən yerli assosiasiyaların nümayəndələri, Azərbaycan Konqreslər Bürosu ilə aktiv şəkildə əməkdaşlıq etmiş İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvləri mükafat və sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, "İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə işgüzar turizmin inkişafının dəstəklənməsi üçün işgüzar tədbirlər sənayesi üzrə "fəxri səfirlər klubu"nun yaradılması görüləcək tədbirlər sırasına daxil edilib.