Ardahan Universitetində “Müstəqil Azərbaycan - Heydər Əliyev” mövzusunda konfrans keçirilib - FOTO


Sosial 10 Dek 2019 18:36:56 132 0

Ardahan Universitetində “Müstəqil Azərbaycan - Heydər Əliyev” mövzusunda konfrans keçirilib - FOTO

Türkiyənin Ardahan Universitetində (AU) “Müstəqil Azərbaycan - Heydər Əliyev” mövzusunda konfrans təşkil olunub.

© Report

Türkiyənin Ardahan Universitetində (AU) “Müstəqil Azərbaycan - Heydər Əliyev” mövzusunda konfrans təşkil olunub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu və Ardahan Universiteti tərəfindən birgə təşkil olunan mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri, universitet tələbələri və təhsil ocağının kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib,ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ulu öndər Heydər Əliyevin zəngin, keşməkeşlərlə dolu həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Sonra Azərbaycanın Qars şəhərindəki baş konsul Nuru Quliyev və Ardahan Universitetinin rektoru, professor Mehmet Biberin çıxışları dinlənilib.

Çağdaş Azərbaycanın qurucusu Heydər Əliyevin xilaskarlıq missiyasına geniş yer ayıran çıxışçılar dünya şöhrətli siyasi xadimin Azərbaycanın müstəqilliyinin qorunması, inkişaf istiqamətlərinin müəyyən edilməsi, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığının genişlənməsi və birgə yüksəlişləri üçün gördüyü işlərdən danışıblar.

Ulu öndərin səyi və əməyi nəticəsində sağlam təməllər üzərində inşa edilən bu dostluq, qardaşlıq əlaqələrinin bu gün hər iki ölkənin liderləri sayəsində dünya ölkələri üçün örnək olunacaq səviyyədə olduğu deyilib. Əminliklə ifadə olunub ki, qədirbilən Azərbaycan və Türkiyə xalqları əbədiyyətə qədər Heydər Əliyev şəxsiyyətinin ucalığını ehtiramla yad edəcəklər.

Tədbir bədii proqramla davam edib.

Vüsalə Abbasova

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək