MTRŞ 102 FM tezliyinin satışa çıxarılması məsələsinə münasibət bildirib


Sosial 10 Dek 2019 18:13:51 55 0

MTRŞ 102 FM tezliyinin satışa çıxarılması məsələsinə münasibət bildirib

Milli Televiziya və Radio Şurası (MTRŞ)&Çingiz Mustafayevə aid olan radio tezliyin satışa çıxarılması barədə yanlış məlumatlara münasibət bildirib.

© Report

Milli Televiziya və Radio Şurası (MTRŞ) 102 FMtezliyinin satışa çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

MTRŞ-dan "Report"a daxil olan məlumatda deyilir:

"Son günlər kütləvi informasiya vasitələrində guya Çingiz Mustafayevə aid olan radio tezliyin satışa çıxarılması barədə yanlış məlumatlar dərc olunmaqdadır.

Milli Televiziya və Radio Şurası olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikasının radio tezlikləri dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmamış və çıxarıla da bilməz. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.4-cü maddəsinə əsasən dövlət yayım tezliklərini yalnız istifadəyə verir. Həmin Qanunun 11.5.2-ci maddəsinə görə isə, teleradio yayımı sahəsində müvafiq dövlət orqanı (Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası) tezlik resurslarından səmərəli istifadə olunmasına nəzarət edir.

Şuranın elan etdiyi müsabiqələrin nəticəsinə uyğun olaraq müsabiqədə qalib gələn yayımçıya müəyyən bir radio tezlikdə yayım aparmaq üçün lisenziya verilir, həmin yayımçı da öz növbəsində həmin tezlikdən istifadə üçün müvafiq dövlət orqanları (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Radio Tezliklər İdarəsi və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi) ilə müqavilə bağlayaraq lisenziyanın şərtləri daxilində ondan istifadə edir.

Adı çəkilən 102.0 MHz efir radio tezliyi 1994–2016-cı illər arasında “ANS ÇM” radiostansiyasının istifadəsində olmuşdur. 18 iyul 2016-cı ildə “ANS-ÇM”-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalmışdır.

Efir radio tezliklərindən səmərəli istifadənin təmin olunması məqsədilə Milli Televiziya və Radio Şurası 5 noyabr 2019-cu ildə keçirilmiş iclasında "Tеlеviziya və radiо yayımı haqqında" Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan etmişdir. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcəkdir.

Həmçinin bildirmək istəyirik ki, 2016-cı ilin dekabr ayından Azərbaycan Respublikası ərazisində televiziya yayımı yalnız rəqəmli formatda həyata keçirilir. Bunun müsbət nəticəsi kimi bir efir tezliyində 10-12 SD televiziya kanalının və ya 3-4 HD formatda yayım aparan televiziya kanalının ötürülməsi mümkün olmuşdur. Yaxın gələcəkdə radionun da rəqəmli yayıma keçidi ilə əlaqədar bir efir tezlik resursunda 10-a yaxın radio kanalın yayımı mümkün olacaqdır. Bu da təbii olaraq, hər hansı bir efir radio tezliyinin guya kiminsə adına və ya mülkiyyətində olması iddiasını tamamilə alt-üst edir.

Yayılan məlumatlarda qeyd olunan hazırda istifadəsiz 50-yə yaxın tezliyin olması barədə iddiaya cavab olaraq bildiririk ki, radio kanalların əksəriyyəti 100.0MHz–108.0 MHz tezlikləri arasındakı FM diapazonunda yayımlanır. Bu diapazonda hazırda tam rəqəmli bir tezlik resursu (102.0 MHz) istifadəsizdir ki, ona da müsabiqə elan olunmuşdur. Lakin 88.0 MHz – 100.0 MHz arası diapazonda istifadə olunmayan tam rəqəmli bir sıra tezliklər mövcuddur ki, zərurət olduğu təqdirdə onların da gələcəkdə müsabiqəyə çıxarılması məsələsinə baxıla bilər".

Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO) like
  • 10 Dek 18:10  
Digərləri Respublika Veteranlar Təşkilatının IX plenumu keçirilib (FOTO)

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar

arrow Ətraflı
Tanrıya şükür, Lujkov indi öldü... like
  • 10 Dek 18:09  
Dünya Tanrıya şükür, Lujkov indi öldü...

Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun ölümü o qədər də xoş olma

arrow Ətraflı
Prezident İlham Əliyev: "Bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub" like
  • 10 Dek 18:06  
Digərləri Prezident İlham Əliyev: "Bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub"

"Bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub".

arrow Ətraflı
Zaqatalada kafedə işləyən üç uşaq anasını əri öldürdü like
  • 10 Dek 18:04  
Kriminal Zaqatalada kafedə işləyən üç uşaq anasını əri öldürdü

Zaqataladada arvadını qətlə yetirməkdə təqsirləndirilən Aqşin Qədirov

arrow Ətraflı
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb like
  • 10 Dek 18:02  
Digərləri AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

Bakıda təşkil olunmuş “Mastercard Günü” JW Marriott Absheron otelində

arrow Ətraflı
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub - YENİLƏNİB like
  • 10 Dek 18:00  
Siyasət Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub - YENİLƏNİB

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikas

arrow Ətraflı
Rabitəbankdan 16%-lik Nağd Pul krediti! Yeni il üçün xüsusi təklif! like
  • 10 Dek 18:00  
Digərləri Rabitəbankdan 16%-lik Nağd Pul krediti! Yeni il üçün xüsusi təklif!

Rabitəbank, yeni il kampaniyası çərçivəsində nağd pul kreditinə faiz en

arrow Ətraflı
Bakıda kişi arvadını döyüb, diridiri yandırdı like
  • 10 Dek 17:59  
Kriminal Bakıda kişi arvadını döyüb, diridiri yandırdı

Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını benzin tökərək yandırmaqd

arrow Ətraflı
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb like
  • 10 Dek 17:58  
Sosial AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika

arrow Ətraflı
Niyam Salami dünyasın dəyişən anasının like
  • 10 Dek 17:54  
Şou-biznes Niyam Salami dünyasın dəyişən anasının

5 gün öncə anasını itirən Niyam Salami son paylaşımı ilə diqqət mərk

arrow Ətraflı
Göyçayda 62 yaşlı qadını maşın vurub öldürdü like
  • 10 Dek 17:53  
Digərləri Göyçayda 62 yaşlı qadını maşın vurub öldürdü

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Nobel Sülh Mükafatı təqdim edilib like
  • 10 Dek 17:51  
Dünya Nobel Sülh Mükafatı təqdim edilib

Bu gün Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib.

arrow Ətraflı
ABŞ qərarını verdi: Türkiyəyə satılan F35lər alınacaq like
  • 10 Dek 17:49  
Dünya ABŞ qərarını verdi: Türkiyəyə satılan F35lər alınacaq

ABŞ-ın 2020-ci maliyyə ili müdafiə büdcəsinin Senat və Nümayəndələr

arrow Ətraflı
Qarabağ müharibəsi veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub like
  • 10 Dek 17:47  
Siyasət Qarabağ müharibəsi veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub

Müdafiə Nazirliyi və Bakı Bələdiyyə Teatrnın birgə təşkilatçılığ

arrow Ətraflı
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb like
  • 10 Dek 17:47  
Siyasət İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azər

arrow Ətraflı