Ermənilərdən ibarət cinayətkar qruplaşmalar Avropanı


Dünya 10 Dek 2019 18:19:00 193 0

Ermənilərdən ibarət cinayətkar qruplaşmalar Avropanı

Almaniyada "Mitteldeutscher Rundfunk Thüringen" teleşirkəti Turingiya federal torpağında erməni mafiyasının fəaliyyətindən yazıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, materialda İtaliya mafiyasının stukturunu xatırladan erməni kriminal birliklərinin azı 6 federal torpağa öz təsirini yaydığı vurğulanır.

"Bir-biri ilə rəqabətdə olan bu kriminal strukturların əksəriyyəti fəaliyyətini bütün Almaniya ərazisinə yayıb və Ermənistanda, Belçikada və Fransadakı müttəfiqləri ilə vəhdət halındadır. Almaniya polisi erməni kriminal birliklərinin qanunsuz alkoqol ticarətindən və mərc oyunlarından tutmuş, avtomobil oğurluğu, pul saxtakarlığı və narkotik ticarətinə qədər geniş profilləri əhatə etdiyi söyləyirlər"-deyə materialda vurğulanır.

Maraqlıdır ki, hələ 2018-ci il yayında Almaniya Federal Cinayət Polisi 3 ildən artıq davam edən araşdırmasını yekunlaşdıraraq erməni mütəşəkkil cinayətkar birliklərinə qarşı əməliyyat aparıb. Məhkəmələrə 14 işlə bağlı 42 şübhəlinin adı göndərilib.

Almaniyanın təhlükəsizlik üzrə ekspertləri erməni kriminal strukturların yaxşı şəbəkələşdiyini və ciddi maliyyə resurslarına malik olduğunu xəbər verir. Parale olaraq, Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın da yerli ermənilərə diplomatik dəstək göstərməsi, Daxili İşlər Nazirliyi qarşısında onları müdafdiə etməyə cəhd göstərdiyi söylənilir.