Zaqatalada kafedə işləyən üç uşaq anasını əri öldürdü


Kriminal 10 Dek 2019 18:04:00 171 0

Zaqatalada kafedə işləyən üç uşaq anasını əri öldürdü

Zaqataladada arvadını qətlə yetirməkdə təqsirləndirilən Aqşin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 19-na təyin edilib.

İttihama görə, Zaqatala rayonun Muxax kəndi ərazisində 1982-ci il təvəllüdlü Büllurə Qədirova həyat yoldaşı Aqşin Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Həyat yoldaşını qətlə yetirdikdən sonra hadisə yerindən qaçan ər tutulub.

Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Aqşin Qədirov rayon ərazisində tutularaq istintaqa təhvil verilib. Məlum olub ki, qətl qısqanclıq zəminində törədilib.

Suvagil kənd sakini olan Büllurə Qədirova Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində olan kafelərdən birində işləyib.