İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)


Digərləri 10 Dek 2019 17:45:00 145 0

İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb.

Bakı. İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İordaniya Kralı II Abdullahı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin