Rüsvayçı cinayətin ÜSTÜ AÇILDI


Digərləri 10 Dek 2019 17:21:00 138 0

Rüsvayçı cinayətin ÜSTÜ AÇILDI

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" layihəsi 37 il əvvəl baş vermiş və gizlədilərək sirr kimi saxlanılan cinayət hadisəsini üzə çıxarıb.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Kəlbəcərin Ağdaban kəndində Gülxar adında bir qız olur. 8-ci sinidfə oxuyarkən böyrəklərindən müalicə almaq üçün ailəsi onu xəstəxanaya yerləşdirir. Müalicə bitdikdən sonra Səməndər adlı orta yaşlı evli kişi onu evlərinə aparmaq adı ilə avtomobilinə mindirir. Yəni onu aldadadaraq xəstəxanadan çıxarır.

Yolda ona avtomobilində təcavüz edir. Sonradan Gülxar evinə gətirilir. Amma bu hadisə ilə bağlı kimsəyə heç bir söz demir. Gülxar hamilə qalır və bunu da hamıdan gizlədir. Hamiləliyinin son günlərində xala onun hamiləliyindən xəbər tutur. Gülxar xəstəxanaya aparıır, uşaq dünyaya gəlir və elə oradan da Gəncədəki uşaq evinə verilir.

8-ci sinifdə oxuyarkən orta yaşlı Səməndər tərəfindən təcavüzə uğramış Gülxar

Xala Gülxarın qarşısına bir şərt qoyur; əgər bu biabırçılığın açılmasını istəmirsənsə, çıxıb getməlisən. Beləliklə, Gülxar Türkmənistana satılır.

1982-ci ildə Gəncə Uşaq Evinə qoyulan Asif 1983-ci ildə bir ailəyə övladlığa verilir. 10 yaşı olanda övladlığa götürüldüyünü bilir və doğma ata-anasını axtarmağa başlayır. Əlil arabasına məhkum olan Asif sağlam bir xanımla ailə qurur və iki övladı doğulur. İllərdir anasını və atasını axtarsa da, onları tanımaq nəsib olmur. Asif bir müddət əvvəl vəfat edib. Onun axtarışlarını həyat yoldaşı Səhər davam etdirib.

"Səni axtarıram" proqramı 10 il axtarışdan sonra Gülxarı da tapır, Səməndər adlı həmin təcavüzkarı da. O, dünyasını dəyişib, yaxınlarının sözlərinə görə çox əzabla ölüb. Onun ailəsi, uşaqları və nəvələri var. Onun heç bir yaxını Asiflə görüşmək istəmir. Lakin Gülxarın qohumları Asiflə görüşmək üçün studiyaya gəlir. Lakin artıq Asif həyatda yoxdur. Asifin anası onun məzarına və iki yadigarına qovuşur...