Xəstəxanada kütləvi qətl törədən şəxs intihar etdi


Dünya 10 Dek 2019 17:34:00 139 0

Xəstəxanada kütləvi qətl törədən şəxs intihar etdi

Çexiyanın Ostrava şəhərində xəstəxanaların birində xəstələri güllə atəşinə tutan şəxs özünə qəsd edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizəçilər onun avtomobilini aşkarlayıblar. Onu həbs etmək istəyərkən isə kişi özünü öldürüb. Kişinin kimliyi araşdırılır.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7 radələrində Çexiyada şəhər xəstəxanasında naməlum kişi palatalardan birinə daxil olaraq xəstələri gülləbaran edib. Nəticədə altı nəfər həlak olub, daha iki nəfər yaralanıb.