Mühəndis sistem və qurğularında ekologiya məsələləri mövzusuna həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)


Digərləri 10 Dek 2019 17:20:00 923 0

Mühəndis sistem və qurğularında ekologiya məsələləri mövzusuna həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndis sistem və qurğularında ekologiya məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Bakı. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndis sistem və qurğularında ekologiya məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Universitetdən Trend-ə verilən məlumata görə, açılış mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri, respublikanın ali təhsil müəssisələrindən tanınmış alimlər, xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər. AzMİU-nun Elmi işlər üzrə prorektoru Arif Şərifov mərasimi giriş sözü ilə açaraq elmi konfransın əhəmiyyətinə toxunub, konfransın bu gün bütün bəşəriyyəti düşündürən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın pozulması, ekoloji təhlükəsizliyin təmin edilməsi kimi ciddi problemlərə həsr olunduğunu diqqətə çatdırıb. Prorektor bildirib ki, konfrans çərçivəsində alimlər mövzü ətrafında fikir mübadiləsi aparacaqlar, xaricdən gələn həmkarları ilə təcrübələrini paylaşacaqlar və gələcək fəaliyyət üçün müəyyən nəticələr əldə olunacaq. Prorektorun təbrik çıxışından sonra Azərsu ASC sədrinin müşaviri Çingiz Abdullayev, Azəristiliktəchizat ASC-nin sədr müavini İlham Mirzəliyev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb və konfransın işinə uğurlar arzu ediblər.