Təhsil naziri gənclər üçün əsas prioritetlərdən danışdı


Digərləri 10 Dek 2019 16:39:00 185 0

Təhsil naziri gənclər üçün əsas prioritetlərdən danışdı

"Müasir dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə gənclər maraqlarımıza uyğun peşələrin seçilməsini, həmin peşələr üzrə yüksəkixtisaslı, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssis olmalarını özləri üçün vacib vəzifə kimi müəyyən etməlidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbə Könüllülərinin Forumunda deyib.

Onun sözlərinə görə, sadalanan məsələlər gənclər üçün əsas prioritetlər olmalıdır.

C.Bayramov bildirib ki, Azərbaycanı gənclər ölkəsi adlandırmaq olar. Çünki hazırda ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir.

Nazir əlavə edib ki, ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir: "Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".