Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib


Siyasət 10 Dek 2019 16:16:50 189 0

Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə keçirilən toplanış başa çatıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə keçirilən toplanış başa çatıb.

Müdafiə Nazirliyindən "Report" verilən məlumata görə, Müdafiə nazirinin müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, Nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Nəzəri və praktiki məşğələlərdə toplanışa cəlb edilən şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanılıb.Toplanışın sonuncu günü iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib, eləcə də atıcı silahlardan atışlar icra olunub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək