Masazır qəsəbəsində köhnə xətlər yenilənir


Digərləri 10 Dek 2019 15:54:00 129 0

Masazır qəsəbəsində köhnə xətlər yenilənir

"Azərişıq" ASC 2019-cu ilin tədbirlər planına uyğun olaraq Abşeron rayonunun kənd və qəsəbələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırılması işlərini davam etdirir. Bu çərçivədə Xırdalan şəhəri üçün iki ədəd 35 kV-lıq yarımstansiya inşa edilib və mövcud 35 kV-lıq elektrik şəbəkəsi ilə əlaqələndirilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən media-turda "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev əlavə edib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsini yaxşılaşdırmaq işləri davam etdiriləcək:

"Gələn il Fevralda "Azərişığ"ın yaranmasından 5 il ötür. Bu 5 il ərzində qurum Tədbirlər planı əsasında bir sıra işlər görüb. Son 1 ildə görülən işlərə nəzər salmaq istərdim. 2019-cu ilin yanvar ayından bugünədək bir çox rayonda yenidənqurma işləri aparılıb. İlin əvvəlindən Mərkəzi Aran, Cənub, Şimal, Şimal-Qərb, Şirvan və digər regionlarda yenidənqurma işləri aparılıb.

Bütün bunlar bu gün Bakı şəhərində, kənd və qəsəbələrində görülən işlərin davamıdır.

İlin əvvəlində Binəqədi rayonu Sulutəpə, Biləcəri qəsəbələri, kənd Binəqədi, Novxanı, Fatmayi qəsəbəsində, Xəzər rayonu Binə qəsəbəsi mal-materialların göndərilməsi həyata keçirilib.

Aparılan işlər Abşeron rayonunun Xırdalan qəsəbəsində "Quşçuluq massivi" ərazisində, Masazır, 28 May qəsəbələri, "At yalı", Qobu və Hökməli qəsəbələrində yekunlaşmaq üzrədir".

"Azərişıq" sözçüsü əlavə edib ki, 5 ildir davam edən Masazır qəsəbəsində köhnə xətlərin yeniləri ilə əvəzlənməsi artıq 80% yekunlaşıb: