“Cavan oğlanlar, əgər qızın keçmişi əhəmiyyətlidirsə...”


Şou-biznes 10 Dek 2019 15:34:00 321 0

“Cavan oğlanlar, əgər qızın keçmişi əhəmiyyətlidirsə...”

"Əziz gənclər, cavan oğlanlar, əgər sizin üçün ərə gedəcək qızın keçmişi əhəmiyyətlidirsə, tanış olduğunuz qızların gələcəyini məhv etməyin!"

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri son günlərin gündəmdən düşməyən müğənnisi Mina Hüseyn instaqramda yazıb. Yeni fotolarını paylaşan müğənni statusunda qızların həyatını məhv edən oğlanları tənqid edib.

Daha sonra Mina qeyd edib ki, kimisə məcburi şəkildə yaxşı etmək mümkün deyil:

"Bir insanı zorla keyfiyyətli edə bilməzsən, əlini çəkdikdən sonra yönəldiyi ucuz şəxsiyyətlər də bunun isbatıdır".