Rusiyada avtomobil oğurlayan azərbaycanlı tutuldu


Kriminal 10 Dek 2019 15:09:00 133 0

Rusiyada avtomobil oğurlayan azərbaycanlı tutuldu

Rusiyanın Leninski rayonu, Saratov şəhərində polisə oğurluqla başlı şikayət daxil olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı şəxs polis idarəsinə müraciət edərək, ona məxsus "VAZ-21" markalı avtomobilinin oğurlandığını deyib.

Zərərçəkən avtomobildə 20 litr benzin olduğunu da nəzərə alaraq, dəyən zərəri 50 min rubl (1335 AZN) hesablayıb.

Qaçırılan avtomobil bir neçə saat sonra Nijni-Novqorod-Saratov şosesinin 598-ci kilometrliyində tapılıb.