“Gənclər bizim səhvlərimizi təkrarlamasın”


Şou-biznes 10 Dek 2019 13:29:00 141 0

“Gənclər bizim səhvlərimizi təkrarlamasın”

Xalq artisti Nisə Qasımova "Ulduzlu yayım" proqramında qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, veriliş zamanı "Müğənnilərdən dostluq etdiyiniz şəxs var" sualına belə cavab verib:

"İnsanların çoxu şöhrətpərəstlik edir, mal-dövlət sahibi olmaq istəyirlər. O cür müğənnilərlə dostluq etmək istəmirəm. Mənimki onlarla alınmır. Amma sağlam münasibətlərim var. Kiməsə yardım etmək lazımdırsa, gözüm üstdə edirəm. Ağlıma belə gəlmir ki, özüm üçün, şöhrətim üçün yaşayam. Birincilik iddiasında olmamışam. İstəsəydim arxamda dayana biləcək yaxşı adamın paltarını geyinərdim, evimi də tikdirərdim, şöhrətimi də qazanardım. Nəticədə üstümdə saysız damğalar olacaqdı. Ailəmin üzünə necə baxacaqdım? Hansı yollarla bu pulu qazandım? Həyatda səhvsiz insan yoxdur. İstəyim odur ki, biz nə vaxtsa səhv etmişiksə, gənclər bu səhvlərə yol verməsinlər".