Uşağını dodağından öpən valideynlərin NƏZƏRİNƏ!


Digərləri 10 Dek 2019 13:09:00 130 0

Uşağını dodağından öpən valideynlərin NƏZƏRİNƏ!

Bir müddət əvvəl Viktroiya Bekhemin öz qızını dodağından öpərkən çəkdiyi şəklini sosial şəbəkədə paylaşması müzakirələrə səbəb olmuşdu. Birmənalı qarşılanmayan foto bir çox izləyicidə narahatlıq doğurmuşdu.

Bəs görəsən psixoloqlar övladını dodağından öpən valideynlər haqqında nə düşünür?

Son.az brightside-a istinadla xəbər verir ki, psixoloqlar valideynlərə azyaşlı övladlarını dodağından öpməyi məsləhət görmür.

Psixoloqların fikrincə bu uşağın öpüşmə ilə bağlı sərhəd anlayışına birbaşa mənfi təsir edir. Uşaq bunun simpatiya göstəricisi olduğunu düşünərək başqalarına qarşı bunu tətbiq etməyə cəhd göstərir və bunun intim hərəkət olduğunu dərk etmir.