Çex Respublikasında xəstəxanada atışma olub, ölənlər var


Dünya 10 Dek 2019 12:42:05 129 0

Çex Respublikasında xəstəxanada atışma olub, ölənlər var

Çex Respublikasında xəstəxanada atışma olub, ölənlər var

Çex Respublikasının şimal-şərqində yerləşənikinci böyük şəhəri Ostravanın şəhər xəstəxanasında bu gün səhər tezdən naməlum şəxs odlu silahdan atəş açaraq 4 nəfəri (bəzi məlumatlara görə altı nəfəri) qətlə yetirib, daha 2 nəfər ciddi yaralanıb.

“Report” DW-yə istinadən xəbər verir ki, bu barədəpolisin regional sözçüsü Pavla Yurouskovaİctimai TV “Ceska Televize”yə (İctimai TV)bildirib.

O,hadisə yerinə polisin cəlb olunduğunu, 180 sm boyunda, qırmızı gödəkcədə olanşübhəlini axtardıqlarını deyib.

Daxili işlər naziri Yan Hamaçek məsələni çevik polisin araşdırdığını, hələlik təfərrüatlar barədə danışmağın tez olduğunu açıqlayıb.

Hadisədən sonra yaxınlıqda yerləşən universitet bağlanıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək