Xaricdə münaqişə ocaqlarından qayıdan 110 nəfərdən çox azərbaycanlı məsuliyyətə cəlb edilib


Digərləri 10 Dek 2019 12:49:00 113 0

Xaricdə münaqişə ocaqlarından qayıdan 110 nəfərdən çox azərbaycanlı məsuliyyətə cəlb edilib

"Xaricdə münaqişə ocaqlarından qayıdan Azərbaycan vətəndaşı olan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə edilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, hazırda proses davam edir. Onun sözlərinə görə, münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub: "Onlar artıq ölkəyə qayıda bilməzlər".