Sahibkar: “EuroHome”da 100-dən çox mağazaya ziyan dəyib”


Sosial 10 Dek 2019 12:36:48 250 0

Sahibkar: “EuroHome”da 100-dən çox mağazaya ziyan dəyib”

“EuroHome” tikinti materialları bazarında heç bir təhlükəsizlik siqnalı olmayıb”

“EuroHome” tikinti materialları bazarında heç bir təhlükəsizlik siqnalı olmayıb”.

Bunu “Report”un hadisə yerində olan əməkdaşına adıçəkilən bazarda mağazası olan sahibkar Seymur Orucov deyib.

Sahibkarın sözlərinə görə, yanğın zamanı ona 150 minlik ziyan dəyib:

“Səhər saat 9-a işləmiş xəbər tutduq ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb”.

O qeyd edib ki, yanğın nəticəsində 100-dən çox mağazaya ziyan dəyib:

“Bazarın yarısının, eləcə də özünün mağazasının sığortası olmayıb. Mağazamda 50-60 min manatlıq nisyə dəftərim də yandığına görə, kimdən nə qədər alacağımı bilmirəm”.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək