Balayında bədbəxt hadisə


Dünya 10 Dek 2019 12:34:00 132 0

Balayında bədbəxt hadisə

Yeni Zellandiyada baş verən vulkan püskürməsi nəticəsində xəsarət alanlardan biri də balayına çıxan amerikalı cütlükdür.

Son.az Nyu-York Post-a istinadla xəbər verir ki, Matthew-Lauren Urey cütlüyü ailə qurduqdan sonra dincəlmək üçün Yeni Zellandiyaya yollanıblar. Lakin, baş verən bədbəxt hadisə nəticəsində onların ikisi də ağır bədən xəsarətləri alıblar.

Onlardan birinin bədəninin 80, digərinin isə 20 faiz hissəsi yanıb. 36 yaşlı Matthew helikopterlə xəstəxanaya çatdırılıb. 32 yaşlı Lauren isə Oklend dövlət xəstəxanasına yerləşdirilib.

Matthew hadisə baş verən zaman yaralı vəziyyətdəykən anasına səs göndərib və qəzaya düşdüklərini bildirib.