"EuroHome” tikinti materialları bazarındakı yanğın söndürülüb - FHN


Digərləri 10 Dek 2019 12:25:17 139 0

"EuroHome” tikinti materialları bazarındakı yanğın söndürülüb - FHN

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bakı. Samir Əli - Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.