Rezident əlaqələndirici: "BMT Azərbaycanın ekstremizmə qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndirir''


Sosial 10 Dek 2019 11:44:15 128 0

Rezident əlaqələndirici: "BMT Azərbaycanın ekstremizmə qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndirir''

''Ekstermizim sərhədlər tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səylərin göstərilməsi vacibdir''.

''Ekstermizim sərhəd tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səylərin göstərilməsi vacibdir''.

''Report''un məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir.

Q.İsaqzai ekstremizmə qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib: ''BMT Azərbaycanın ektremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir''.

Q.İsaqzai həmçinin Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb: ''Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır''.