“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib


Siyasət 10 Dek 2019 11:51:23 190 0

“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib

Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib.

Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin rəisiElçin QasımovMəhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, QHT və KİV rəhbərləri iştirak ediblər.

Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Azərbaycanda ilk dəfə məhkəmə Aparatında spiker hakimlər mətbuat xidməti kimi fəaliyyətə başlayacaq.

O deyib ki, məhkəmə proseslərinin işıqlandırılması ilə bağlı KİV və məhkəmələrdə mətbuatla işləyən hakimlər üçün Təlimat hazırlana bilər.

Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov nəzərə qeyd edib ki, il ərzində məhkəmələr bir milyona yaxın mülki işə baxır.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanı çərçivəsində 40-a qədər layihə hazırlanıb.

Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb, 2 hakimin səlahiyyətlərinə xitam verilib və 6 hakim isə işdən azad olunub.

O qeyd edib ki, hər məhkəmədə bir hakimin ayrılması və həmin hakimin media ilə işləməsi barədə verilən qərarın əhəmiyyətlidir: "Məhkəmələrdə hakimlərin media ilə işləməsi prosesi əvvəl Bakı, Abşeron və Sumqayıtda həyata keçiriləcək”.

Daha sonra QHT və KİV rəhbərləri çıxış ediblər. Onlar məhkəmələrdə KİV-lə işləyən hakimlərin ayrılmasını yüksək dəyərləndiriblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək