Xaricdə münaqişə ocaqlarından qayıdan 110 nəfərdən çox azərbaycanlı məsuliyyətə cəlb edilib


Digərləri 10 Dek 2019 12:14:00 107 0

Xaricdə münaqişə ocaqlarından qayıdan 110 nəfərdən çox azərbaycanlı məsuliyyətə cəlb edilib

Xaricdə münaqişə ocaqlarından qayıdan Azərbaycan vətəndaşı olan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə edilib.

Bakı. Elçin Mehdiyev – Xaricdə münaqişə ocaqlarından qayıdan Azərbaycan vətəndaşı olan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə edilib. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. S.Heydərov bildirib ki, hazırda proses davam edir. Onun sözlərinə görə, münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub: “Onlar artıq ölkəyə qayıda bilməzlər”.