Xaricdə münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır


Digərləri 10 Dek 2019 12:19:46 101 0

Xaricdə münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır

Yaxın zamanlarda xaricdə münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır.

Bakı. Elçin Mehdiyev – Yaxın zamanlarda xaricdə münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. S.Heydərov bildirib ki, münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub: “Onların içərisində həbs və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmə olacaq”.