Bu ilin sonuna kimi sosial xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı artırılacaq


Digərləri 10 Dek 2019 11:32:00 121 0

Bu ilin sonuna kimi sosial xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı artırılacaq

Bu ilin sonuna kimi müxtəlif xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı 15-ə çatdırılacaq.

Bakı. İlhamə İsabalayeva - Bu ilin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı 15-ə çatdırılacaq. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, ötən həftədən etibarən vətəndaşlara verilən elektron arayışların sayı 8-ə çatıb. Gələn il isə vətəndaşlara əlavə olaraq daha 15 arayışın elektron formada verilməsi nəzərdə tutulur: