“Azərbaycan Könüllülük Həftəsi”ndə həyata keçirilmiş tədbirlər açıqlanıb


Siyasət 10 Dek 2019 11:00:21 151 0

“Azərbaycan Könüllülük Həftəsi”ndə həyata keçirilmiş tədbirlər açıqlanıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” başa çatıb.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” başa çatıb.

"Report" xəbər verir ki, “Şəhidimiz” kampaniyası çərçivəsində1-2 dekabrda 17 şəhər və rayonda 2 mindən artıq gəncin iştirakı ilə 147 şəhid ailələsi ziyarət edilib. Könüllüləronlarla xoş vaxt keçirərək həmrəyliklərini nümayiş ediblər.

“Şəhidimiz” kampaniyası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə baş tutub.“VətənimİZ” aksiyası çərçivəsində 13 şəhər və rayonda 1300-dən artıq gəncin iştirakı ilə Heydər Əliyev Muzeylərinə ekskursiyalar keçirilib və Ulu Öndərin abidələri gənclər tərəfindən ziyarət olunub.

Beynəlxalq Əlillər Gününə həsr olunmuş “ Könüllülük Sərhəd Tanımır!” şüarı altında keçən aksiya ölkə üzrə 7 rayon və şəhərlərdə fəaliyyət göstərən 19 sosial müəssisəni ziyarət ediblər.Aksiyalar çərçivəsində 2024 uşaq və yeniyetmə əhatə olunub. Həmçinin aksiya çərçivəsində 500-dən çox uşağa arzularını əks etdirən məktublar yazdırılıb və www.asanmektub.az saytına yerləşdirilib.

Daha sonra 3500-dən çox gəncin iştirakı ilə ölkədə TəbiətimİZ ekoloji aksiyası keçirilib. Bu kampaniyaya Gənclər Fondu və Dövlət Agentliyi ilə birgə İDEA İctimai Birliyi də əsas tərəfdaş olaraq qoşulub. “TəbiətimİZ” aksiyası çərçivəsində 3500 nəfərdən çox könüllünün iştirakı ilə 9 şəhər və rayonda təmizlik, ağacəkmə aksiyaları həyata keçirilib və heyvansevər gənc könüllülərin IDEA Heyvanlara Qayğı mərkəzinə ziyarəti baş tutub.

5 dekabrda isə 3000-ə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub. Forumda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış ediblər. Həmçinin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.

Forumda könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışlar ediblər. Tədbirdə müxtəlif təşkilatlar və könüllülük hərəkatları üzrə fərqlənən könüllülər təltif ediliblər.

Tədbir çərçivəsində 26 stenddən ibarət könüllü və gənclər təşkilatlarının sərgisi də təşkil olunub. Günün sonunda “Elektra Events Hall”-da 2000-ə yaxın gənc könüllünün iştirakı ilə populyar estrada müğənnisi Murad Arifin “Tufan“ adlı solo konserti keçirilib.

Dekabrın 6-dahəftənin ən fəal 300 könüllüsünün iştirakı ilə Qusarda 4 günlük qış düşərgəsinə start verilib. Dekabrın 9-dəkdavam etmiş düşərgə çərçivəsində könüllülər üçün təlim və seminarlar, müxtəlif qurumların rəhbərləri ilə qeyri-formal görüşlər, müxtəlif əyləncəli və intellektual oyunlar təşkil olunub.Ümümilikdə ölkə üzrə “Azərbaycan Könüllülük Həftəsi”də 15 000-dən çox könülllü gənc iştirak edib.