BP-nin regional prezidenti: "Qlobal iqlim dəyişiklikləri çağırışları üçün şirkətlər biraraya gəlməlidir"


İqtisadiyyat 10 Dek 2019 11:17:58 112 0

BP-nin regional prezidenti: "Qlobal iqlim dəyişiklikləri çağırışları üçün şirkətlər biraraya gəlməlidir"

"Qlobal iqlim dəyişiklikləri bir sıra çağırışlar yaradır və bu çağırışlar üçün şirkətlər birgə çalışmalıdır"

© Report / Elchin Murad — Qari Counz

"Qlobal iqlim dəyişiklikləri bir sıra çağırışlar yaradır və bu çağırışlar üçün şirkətlər birgə çalışmalıdır".

"Report" xəbər verir ki, bu barədə "Baker Hughes" tərəfindənbu gün Bakıdatəşkil edilmiş "Energy Forward" konfransında çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzdeyib.

O qeyd edib ki, karbohidrogenlərin hasilatının davam etdirilməsinə baxmayaraq, bu prosesin ətraf mühitə təsirinin azaldılması istiqamətində işlər aparılmalıdır.

"Proqnozlara görə, 2040-cı ilə qədər dünyada enerji resurslarına tələbat 30% artacaq. Bu tələbatın ödənilməsi təmin edilməlidir. Buna baxmayaraq qlobal iqlim dəyişiklikləri qabağımıza yeni çağırışlar qoyur. Bu çağırışlara cavab vermək üçün bu sahədə çalışan şirkətlər bir araya gəlməlidir".