Uşaq 4 saat xəstəxanada betonun üstündə qaldı


Dünya 10 Dek 2019 11:14:00 179 0

Uşaq 4 saat xəstəxanada betonun üstündə qaldı

Sosial şəbəkələrdə yayılan görüntülər etiraz doğurub.

Son.az haberler-ə istinadla xəbər verir ki, fotoda azyaşlı xəstə uşağın beton döşəmədə yatması əks olunub. Onun ağzına oksigen maskası da taxılıb.

Kadrlar İngiltərədə, Lids şəhərindəki xəstəxanada çəkilib. 4 yaşlı Jack Williment adlı uşaq soyuqladığına görə valideynləri tərəfindən xəstəxanaya aparılıb. Lakin, həkimlər xəstəxanada yer olmadığına görə uşağı beton döşəmənin üzərində yatdırıb, sistem qoşublar.