Milyonlarla istifadəçi 2020-ci ildən "WhatsApp"dan istifadə edə bilməyəcək


İqtisadiyyat 10 Dek 2019 11:10:04 119 0

Milyonlarla istifadəçi 2020-ci ildən "WhatsApp"dan istifadə edə bilməyəcək

Söhbət köhnə "Windows Mobile", "Android" və iOS əməliyyat sistemlərində (ƏS) işləyən qurğulardan gedir

"Facebook"a məxsus populyar "WhatsApp" mobil messenceri 2020-ci ildə dünyada milyonlarla mobil cihazda işləməyəcək.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, söhbət köhnə "Windows Mobile", "Android" və iOS əməliyyat sistemlərində (ƏS) işləyən qurğulardan gedir.

Belə ki, bu əməliyyat sistemləri messenceri texniki inkişaf üçün lazım olan imkanlarla təmin etmədiyinə görə onların dəstəklənməsi dayandırılacaq. O cümlədən 2019-cu il dekabrın31-dən etibarən messencer "Windows Phone" sistemli telefonlar tərəfindən dəstəklənməyəcək. Elə eyni gündə "Microsoft" bu ƏS-in onuncu versiyanın dəstəklənməsini dayandıracaq. 2020-ci ilfevralın 1-dənisə "WhatsApp" 2.3.7 və daha köhnə versiyalı "Android", 8-ci versiya da daxil olmaqla iOS sistemli cihazların sahiblərində işləməyəcək.

Bu əməliyyat sistemlərinə sahib istifadəçilər messencerdə yeni hesablar yarada və mövcud olanları yoxlaya bilməyəcəklər.

"WhatsApp" "Android 4.0.3" və daha sonra yaradılmış sistemlərlə işləyən mobil cihazlarda, həmçinin iOS 9 və daha gənc sistemli smartfon və planşetlərdə işləyəcək.