Mübariz Qurbanlı: "Azərbaycanda din pərdəsi altında gizlənən ekstremist qrupların qarşısını almışıq"

Sosial 10 Dek 2019 10:54:56 111 0

Mübariz Qurbanlı: "Azərbaycanda din pərdəsi altında gizlənən ekstremist qrupların qarşısını almışıq"

''Ekstremizm bəşəriyyətin qarşısında duran həlli vacib olan məsələlərdən biridir. Dünyada ekstremizm, terrorizm nəticəsində minlərlə insan həlak olur. Dünyanın bir çox yerlərində münaqişə ocaqları var və orada ölən insanların sayı hər il artır''.

''Report'' xəbər verir ki, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ekstremizm diaqlou, barışığı inkar edir: "Bu ekstremist qruplar müxtəlif adlar altında gizlənir. Burada xarici və daxili amilə də diqqət yetirməliyik. Bəzi yerlərdə ekstremist qrupların xaricilər tərəfindəndəstəkləndiyini və buna arxalanaraqhərəkət etdiklərini görürük. Bu gün dünyada baş verən müqanişələr nəticəsində 70 milyondan çox insan başqa yerlərə gedirsə, burada mədəniyyətlərin fərqliliyi ortaya çıxır və həmin qruplar arasında ziddiyyətlərə gətirib çıxarır".

M.Qurbanlı qeyd edib ki, Azərbaycan da müxtəlif ekstremist qrupların məskən salmağacəhd etdikləri məkanlardan biri kimi göstərilə bilər. "Ölkəmizdə din pərdəsi altında gizlənərək öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub ki, onlara qarşı vaxtında profilaktik tədbirlər görmüşük. Qanun qəbul olunub. Bu, qanun din amilindən sui-istifadə edərək Azərbaycanda din adı altında ekstremist qrupların yaranmasının qarşısını almaq üçündür. Profilaktik tədbirlər ölkəmizdə xaricdən dəstəklənən, din adı altında gizlənən bu cür qrupların baş qaldırması önlənib. Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb. Azərbaycan müsəlman ölkəsidir, əhalisinin 96 faizi müsəlmandır. Bununla yanaşı, dini konfensiyalar harmoniya içərisində yaşayır".