Rəis: "Birinci instansiya məhkəməsində baxılan işlərin 85 faizindən apellyasiya şikayəti verilmir"


Sosial 10 Dek 2019 10:40:15 140 0

Rəis: "Birinci instansiya məhkəməsində baxılan işlərin 85 faizindən apellyasiya şikayəti verilmir"

"Birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin əksəriyyətində məhkəmələrdə tərəflər razılaşır".

"Birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin əksəriyyətində məhkəmələrdə tərəflər razılaşır".

"Report"un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, birinci instansiya məhkəməsində baxılan işlərin 85 faizindən apellyasiya şikayəti verilmir:"Qalan işlərdə isə apellyasiya şikayəti verilir. Birinci instansiya məhkəmələrdə baxılmış işlərin 3-4 faizindən isə kassasiya şikayəti verilir. Kassasiya məhkəmələrində isə həmin işlərlə bağlı qərarların 1 faizi ləğv edilir".