Bakıda icarəyə götürülən avtomobillə qəza törədilib, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 10 Dek 2019 10:44:00 122 0

Bakıda icarəyə götürülən avtomobillə qəza törədilib, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda iki maşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Video əlavə olunub

*** 01:48

Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Babazadə Pərviz icarəyə götürərəkidarə etdiyi 90-OX-999 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobillə sürət həddini aşaraq işıqforun qırmızı işığında dayanan, 1999-cu il təvəllüdlü Əlizadə Elcanın idarə etdiyi 67-BD-387 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə vurub.

Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib. Qəzada "VAZ 2107" markalı avtomobilin sürücüsü Əlizadə Elcan xəsarət alıb. Hadisə yerinə PPX əməkdaşları və evakuator xidməti gəlib.

Qeyd edək ki, hadisəni törədən maşın paytaxtda yerləşən "Rent car" şirkətlərindən birinə məxsusdur.

VİDEO: İlqar Abdullayev