Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib


Digərləri 10 Dek 2019 10:46:00 130 0

Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib

Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrə yaxın təbii qaz hasil edilib.

Bakı. Anastasiya Savçenko - Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrə yaxın təbii qaz hasil edilib. Trend-in məlumatına görə, bunu Bakıda "Baker Hughes" tərəfindən təşkil olunan "Energy Forward" neft-qaz texnologiyası tədbirində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, bu gün işlənmədə, lakin ehtiyatları tükənmək üzrə olan yataqlarımızın sırasına yüz illərlə tarixə malik "Bibiheybət", "Balaxanı", "Suraxanı" kimi yataqlar var. Bu yataqlar yüksək su tərkibli olmasına baxmayaraq hələ də məhsuldar laylara malik, aqressiv korroziya və eroziya mühiti ilə səciyyəvi yataqlardır.