"Eurohome" dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi


Digərləri 10 Dek 2019 10:49:15 133 0

"Eurohome" dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi

"Eurohome" Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Bakı. Samir Əli - "Eurohome" Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Saat 10:45-ə olan məlumata görə hadisə nəticəsində tüstüdən zəhərlənən 6 nəfərə yerində yardım göstərilib: "2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.