Vladimir Putin: "WADAnın qərarı Olimpiya Xartiyasına ziddir"


Dünya 10 Dek 2019 10:39:00 141 0

Vladimir Putin: "WADAnın qərarı Olimpiya Xartiyasına ziddir"

"Ümumdünya Antidopinq Agentliyinin (WADA) qərarı Olimpiya Xartiyasına ziddir".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Parisdə "Normandiya formatı"nda keçirilən görüşün yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

WADA-nın qarşıdakı 4 ildə Rusiyada dünya çempionatlarının keçirilməsinə, bunun üçün sifariş verilməsinə, həmçinin bu ölkə təmsilçilərinin Olimpiada və mundiallarda milli bayraq altında iştirakına qadağa qoyulmasına münaisbət bildirən Putin bu qərarın siyasi xarakter daşıdığını söyləyib: " WADA-nın rusiyalı idmançılarla bağlı bu qərarını analiz etmək lazımdır. Rusiya idmançıları beynəlxalq yarışlarda milli bayraq altında iştirak etməlidirlər. Ona görə ki, WADA-nın Rusiya Olimpiya Komitəsinə etirazı yoxdur. Olimpiya Xartiyasında belə yazılıb. Əlimizdə bütün əsaslar var ki, bu qərardan məhkəməyə şikayət edək".