Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 23% artıb


İqtisadiyyat 10 Dek 2019 10:22:14 154 0

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 23% artıb

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 006,641 milyon manat təşkil edib

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 006,641 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,7% artaraq 998,823 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 23% artaraq 2 735,089 milyon manat, aksizlər üzrə daxilolmalar 39,6% artaraq 230,854 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 14,7% artaraq 41,875 milyon manat olub.