Ana oğlunu televizoru söndürdüyünə görə döyüb, öldürdü


Dünya 10 Dek 2019 10:24:00 134 0

Ana oğlunu televizoru söndürdüyünə görə döyüb, öldürdü

Övladını vəhşicəsinə qətlə yetirən ana hakim qarşısına çıxarılıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, azyaşlı oğlunu işgəncə verərək öldürən 20 yaşlı Rhionna Nichols-un məhkəməsi keçirilib.

Rhionna Nichols adlı qadın televizoru söndürdüyünə görə oğlu Viston Stevenson-u döyərək öldürüb. Hadisə ABŞ-ın İllinoys ştatının Detroit qəsəbəsində baş verib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya gətirilən zaman bütün sümükləri qırılmış vəziyyətdə olub.