Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub


Digərləri 10 Dek 2019 10:25:00 126 0

Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub

Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub

Bakı. 2019-cu ilin noyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 459 müraciət daxil olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, onların 103-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 356-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib. Agentliyə daxil olan müraciətlərin 129-u müayinə, müalicə və cərrahi əməliyyatlar, 56-sı əlillik məsələləri, 32-si işə qəbul və əmək münasibətləri, 8-i ambulator dərman təminatı, 25-i tibbi xidmətlərlə bağlı ödənişlər və 34-ü isə digər məsələlər üzrə mövzuları əhatə edib. Telefon vasitəsilə edilən sorğu xarakterli müraciətlərin 175-i icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi, icbari tibbi sığorta haqları və bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub. Həmçinin noyabr ayında Agentliyin sosial şəbəkələrdəki səhifələrinə 270 vətəndaş müraciəti daxil olub.